İş yerlərinin attestasiyası barədə sənədləri diqqətinizə çatdırırıq. Məlumat üçün bildiririk ki, AR Əmək Məcələsinin 64 maddəsinin yeni redaksiyasına görə iş yerlərinin attestasiyasının nəticələrinin surəti 10 iş günü ərzində müəssisə tərəfindən Əmək Müfəttişliyinə təqdim olunmalıdır.
Qiymət təklifi üçün xahiş edirik vəzifələrin siyahısını və obyektlərin təxmini ünvanlarını təqdim edəsiniz.
1. CİMEX MMC 2006-ci ildən bu fəaliyyətlə məşğuldur və indiyə qədər minlərlə müəssisələrə attestasiya məqsədi ilə ölçmə, instrumental tədqiq və qiymətləndirilmə xidmətini göstərmişdir. Tərəfimizdən attestasiya Azərsun, BakuBus,Halliburton Eurasia,UDT Texnika, Food city Agropark, Pasha Holding, Gazprom
Azərbaycan, Paşa Sığorta, Bank, Qala Sığorta,PMD Group, Paprec Energy, McKenzie, Silk Way Aviation, Ernst&Young, PWC, KPMG, Bakı Metropoliteni, Səhiyyə Nazirliyi, STP zavodları, AzerGold, Müd.Sən.Nazirliyi və s., o cümlədən 2024-cü ildə Azerbaijan Supermarket MMC, AZAL, ANAMA, BOS SHELF MMC, Silkway, ASCO və digər qurumlar və şirkətlər üçün aparılmışdır.
2. Cihazlar və avadanlıq barədə xüsusən onu vurğulayırıq ki, bizim məsələn şüalanmanı ölçən cihaz ABŞ-da istehsalçının özü tərəfindən kalibrlənir.
3. Attestasiya AR Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin 38/2000 qərarına tam uyğun aparılır (qərar əlavə olunur).
4. Attestasiyanın məqsədi iş yerlərindəki əmək şəraitinin təkmilləşdirilməsi olduğuna görə ölçmələr zamanı düzəldilə bilən uyğunsuzluqlar müəyyən edildikdə bizim əməkdaşlar dərhal buna dair tövsiyyələrini verirlər. Məsələn, işiqlanmada problemlər olduqda müəssisəyə vaxt verilir ki, düzəliş icra olunsun, sonra yekun ölçmə aparılır və son göstərici attestasiya sənədlərinə daxil olunur.
5. Personala maraqlı olan əksər ölçmələr (məsələn komputerlərin elektromaqnit sahəsi) sifarişçinin xahişi ilə yerində izah oluna bilər.
6.Attestasiya sənədləri Azərbaycan və İngilis dillərində təqdim olunur. Bu hal imkan verir ki,
bizim qanunvericiliyinin tələblərini ödəməklə yanaşı attestasiyanın nəticələri eyni zamanda xarici tərəfdaşlar tərəfindən də tanınır, müqavilələr bağlananda, malın keyfiyyətlə hazırlanmasının qiymətləndirilməsi prossesində, HSE raportu kimi, İSO standartlarına görə əməyin mühafizəsinin qiymətləndirilməsi prossesində.
7. Attestasiya zamanı əmək münasibətləri ilə bağlı digər qanunlar üzrə ödənişsiz qaydada məsləhətçi xidmətlər göstərilir, o cümlədən
-“Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 saylı qərarı.
-“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni,fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısının"
təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 saylı qərarı.
-Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərə pulsuz süd və digər keyfiyyətli yeyinti məhsulları verilməsi.
-İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəssisələrin siyahısı.
Tel/fax: +99412 4805247
Mobile: +99450 2105701
+99450 7462953
e-mail: management_arif@cimex.biz
Direktor
Arif Müslüm-zadə
|